AZ

Keçmiş məcburi köçkün: "Kəndimizə qayıtdığım üçün çox sevincliyəm"

BAKI, 24 dekabr. TELEQRAF

"İlk dəfə Cəbrayıla torpaqlarımız azad olunduqdan sonra, Zəfər Günündə ayaq basdım. Həmin vaxt hər yer minalanmışdı deyə kəndimizə gedə bilmədim. Bu gün isə doğma kəndimizə qayıdıram və çox sevincliyəm".

Teleqraf xəbər verir ki, bu sözləri keçmiş məcburi köçkün Tofiq Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 32 il əvvəl Horovlu kəndindən üç qardaşı və bir bacısı ilə birlikdə çıxıblar. Qardaşlarından biri artıq vəfat edib. Uzun illər Müşfiqabad qəsəbəsində yaşadıqlarını bildirən Mirzəyev qeyd edib ki, indi əsas arzusu doğma kəndində yaşamaq və oranın bərpasına töhfə verməkdir.

“İndi öz kəndimizə qayıdıb orada yaşamaq, qurmaq, abadlaşdırmaq istəyirəm. Belə bir şəraiti bizə yaradan Prezidentimiz İlham Əliyevə, qazilərimizə təşəkkür edir, şəhidlərimizə rəhmət diləyirəm”, – deyə Tofiq Mirzəyev vurğulayıb.

Seçilən
21
teleqraf.com

1Mənbələr