ABŞ Prezidenti Donald Tramp kolumbiyalı həmkarı Qustavo Petronu Latın Amerikası respublikasında narkotik istehsalına göz yummaqda ittiham edib və ölkə rəhbərliyini narkotik kartelləri ilə mübarizəni gücləndirməyə çağırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Floridada Palat-La-Marate yaxınlığında jurnalistlərə D.Tramp özü danışıb.
"O ehtiyatlı olmalıdır, çünki onun narkotik laboratoriyaları var, Kolumbiyada kokain istehsal edirlər. O, ABŞ-ın dostu deyil, çox pis adamdır. Qoy o öz canının qeydinə qalsın, çünki o, kokain istehsal edir və onu Kolumbiyadan ABŞ-a göndərir", - deyə D.Tramp bildirib.
"Biz Kolumbiya xalqını sevirik. Mən də Kolumbiya xalqını sevirəm. Onlar gözəl insanlardır - enerjili, ağıllı və gözəldirlər. Amma onların yeni lideri problem yaratmağı sevir. O diqqətli olmalıdır. Yaxşısı budur, kokain fabriklərini bağlayasınız. Üç böyük kokain fabriki var. Biz onların harada olduğunu bilirik. Onları tez bağlasanız, yaxşı olar", - deyə ABŞ lideri əlavə edib.