AZ

Durovdan ona uşaq doğacaq qadınlara maraqlı TƏKLİF

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Telegram"ın təsisçisi və baş direktoru Pavel Durov donor spermasından istifadə etməklə hamilə qalmaq istəyən 38 yaşdan kiçik qadınlar üçün süni mayalanma prosedurlarının xərclərini tam ödəməyə hazır olduğunu açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri milyarderin ictimai açıqlamalarına istinadən məlumat yayıb.

Pavel Durovun sözlərinə görə, o, ilk dəfə 2010-cu ildə reproduktiv sağlamlığında problem yaşayan dostunun xahişi ilə sperma donoru olub. Daha sonra həkimlərin tövsiyəsi ilə "yüksəkkeyfiyyətli genetik material çatışmazlığı" səbəbindən donorluğu davam etdirib.

Durov iddia edir ki, bu ianələr nəticəsində 12 ölkədə 100-dən çox ailə uşaq sahibi olub. O bildirib ki, müxtəlif tərəf-müqabilindən altı övladı var.

Sahibkar donorluğu "vətəndaş məsuliyyəti" hesab etdiyini bildirib və kişilərin reproduktiv sağlamlığının qlobal miqyasda zəifləməsini ətraf mühit problemləri ilə əlaqələndirib.

O, donorluq yolu ilə dünyaya gələn uşaqlarla bioloji qohumluqdan doğulan övladları arasında fərq qoymadığını qeyd edib. Durovun sözlərinə görə, gələcəkdə onların hamısının qohumluğu sübuta yetirilərsə, sərvətinə iddia etmək hüququ əldə edə bilərlər. Məlumata əsasən, Pavel Durovun sərvəti təxminən 17 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

Bildirilir ki, 2024-cü ildə onlarla qadın Durovun donor materialının saxlandığı Moskva klinikasının təklifinə müraciət edib. Hazırda o, birbaşa sperma donorluğu ilə məşğul olmasa da, klinikada saxlanılan nümunələr mövcuddur. Bu materiallar yalnız 37 yaşdan kiçik subay qadınlara təqdim olunur və embrionlar genetik müayinədən keçirilir. Xidmətlər əsasən Rusiyada və xaricdə yaşayan imkanlı şəxslər üçün nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
lent.az

1Mənbələr