AZ

Mükafatlarını aldılar

Beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında uğurlu çıxış edən Azərbaycan şahmatçıları mükafatlandırılıb.

Sportinfo.az xəbər verir ki, təltifetmə Azərbaycan Şahmat Federasiyasının (AŞF) 2025-ci ilin yekunlarına həsr edilən tədbirində reallaşıb.

Şahmatçılara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, AŞF-nin prezidenti Mahir Məmmədov, vitse-prezident Faiq Həsənov təqdim ediblər.

Bundan əlavə, ölkədə şahmatın inkişafına töhfə verən şəxslər də təltif olunublar.

Kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatında, qadınlardan ibarət yığma isə dünya çempionatında gümüş medal qazanıb.

Seçilən
37
sportinfo.az

1Mənbələr