ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Böyük Britaniya polisində maqnitli hicabların geyim forması kimi tətbiqi mümkün ola bilər. Bu addım polis xidmətinə müsəlman qadınların cəlb edilməsi məqsədi daşıyır. Maqnitli hicab sürətli açılan bərkidici mexanizmə malikdir və toqquşma zamanı dartıldıqda asanlıqla sürüşüb çıxır.
Oxu.Az "National News" istinadən xəbər verir ki, təhlükəsiz və rahat hicabın qadın polis əməkdaşları üçün tətbiqi ideyasını ilk dəfə 20 il əvvəl detektiv-serjant Yassin Desai irəli sürüb.
Lakin ideal maqnitli hicabın hazırlanması uzun illər tələb edib. Desainin sözlərinə görə, maqnitli hicablar Enderbi şəhərində uğurla praktiki sınaqlardan keçirilib.
Qeyd olunur ki, konstruksiya hicabın alt hissəsinin ayrılmasına imkan verir, bu da boğulma riskinin qarşısını alır və eyni zamanda təvazökar, peşəkar görünüşü qoruyur.
"Alt hissə ayrılaraq qadın polis əməkdaşının təhlükəsizliyini təmin edir və onun ləyaqəti qorunur. Bu, əla məhsuldur - təhlükəsizdir və müsəlman qadınların ləyaqətini qoruyur", - deyə polis əməkdaşlarından biri bildirib.
Lesterşir polisində çalışan müsəlman qadınlar artıq maqnitli hicab taxmağa başlayıblar.






Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.