AZ

Rusiyadan neft ixracı iki il ərzində ən yüksək səviyyəyə çatıb

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya neftinin ixracı 2023-cü ilin may ayından bəri ən yüksək səviyyəyə çatıb.

Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Belə ki, dekabrın 21-də gündəlik xam neft tədarükü 4.04 milyon barel, son dörd həftə üzrə isə orta hesabla 3.86 milyon barel təşkil edib.

Əvvəlki maksimum göstərici 14 may 2023-cü il tarixində qeydə alınmışdı. Həmin vaxt bu göstərici gündə 4.07 milyon barel, dörd həftəlik orta göstərici isə 3.88 milyon barel idi.

Eyni zamanda, yolda olan tankerlərdəki neftin həcmi avqustun sonundan etibarən 48% artaraq 185 milyon barelə çatıb. Rusiya neftini daşıyan azı 20 tanker Çin və Hindistan limanlarında yanaşma icazəsi gözləyir, digər tankerlərə isə yüklərini çatdırmaq üçün aylar lazım olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
oxu.az

1Mənbələr