Ukrayna ABŞ ilə daimi təmasdadır və sülh sazişi üzrə işin davam etdiriləcəyini gözləyir.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında açıqlama verib.
Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə keçirilən görüşlərin nəticələri barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatovun təqdim etdiyi bugünkü məruzəni qeyd edib.
“Biz Amerika ilə daimi təmasdayıq və işin davamını gözləyirik. Hiss edirik ki, ABŞ yekun razılaşmaya nail olmaq istəyir və bizim tərəfdən tam əməkdaşlıq var. Ukrayna heç vaxt sülhə maneə olmayıb və olmayacaq”, – deyə Zelenski vurğulayıb.