AZ

Fransa Qrenlandiyanın Avropa ərazisi olduğunu vurğuladı

Fransanın xarici işlər naziri Jan-Noel Barro Qrenlandiyaya dəstəyini ifadə edərək, adanın Avropanın bir hissəsi olduğunu vurğulayıb.

Doğru.az xəbər verir ki, bu açıqlama ABŞ-da Qrenlandiya üzrə xüsusi elçinin təyin edilməsi ilə əlaqədardır.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Luiziana qubernatoru Ceff Lendrini ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi təyin etmiş, Lendri isə ABŞ-ın Qrenlandiyanı öz ərazisinin bir hissəsi etmək istədiyini təsdiqləmişdi.

Barro öz X sosial media səhifəsində yazıb: “Qrenlandiya Qrenlandiyalılara məxsusdur. Qrenlandiya Avropa ərazisidir.”

Qeyd edək ki, Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen ABŞ-ın yeni xüsusi nümayəndəsinin açıqlamalarından narazılığını bildirib.

DOĞRU.AZ

Seçilən
51
1
dogru.az

2Mənbələr