Xəbər verdiyimiz kimi, Liviyaya məxsus təyyarə qəzaya uğrayıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Nümayəndə heyətini daşıyan hava gəmisi Haymana rayonunda yerə çırpılıb.
Məlumata görə, baş vermiş faciəvi təyyarə qəzası nəticəsində Liviya ordusunun Baş Qərargah rəisi, general Məhəmməd Həddad və onu müşayiət edən nümayəndə heyəti həyatını itirib.
Qəzada həlak olan digər yüksək rütbəli şəxslərin adları da açıqlanıb. Onlar arasında Quru Qoşunları Qərargahının rəhbəri general-leytenant Fituri Qaribil, general-mayor Mahmud Katiwi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Asaavi Diab, eləcə də Baş Qərargahın Media Ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub yer alır.
Bildirilir ki, heyət Türkiyədəki rəsmi səfərdən vətənə geri dönürmüş.
Xuraman Etibarlı
İnterpress.az