Fransa Liqa 1 təmsilçilərindən "Lans" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Leypsiq" forması geyinən Amadu Haydaranı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. "Lans" bu keçid üçün qarşı tərəfə 2 milyon avro ödəyib.
Qeyd edək ki, "Leypsiq" Haydaranı 2019-cu "Salzburq"dan transfer etmişdi.
Afrika Millətlər Kuboku: Seneqal və Konqodan inamlı start
Neymar əməliyyat olunub
Tedesko istədi, klub rəsmi təklif göndərdi
“Liverpul”un hücumçusu əməliyyat olunub
Rafa Silva “Fənərbaxça” ilə oyun üçün heyətə salınmadı