AZ

ABŞ 29 səfiri geri çağırır

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

ABŞ 29 ölkədə fəaliyyət göstərən, əsasən də keçmiş prezident Co Bayden dövründə təyin edilmiş səfirləri geri çağırmağa qərar verib.

Reyting.az-ın məlumatına görə, Dövlət Departamentindən bildiriblər ki, bu səfirlərin səlahiyyət müddəti başa çatdığı üçün geri çağırılırlar.

Qeyd olunur ki, Donald Tramp administrasiyası həmin diplomatları Ağ evdəki daha loyal kadrlarla əvəzləməyi planlaşdırır.

Geri çağırmalar əsasən Afrika ölkələrini, Asiya-Sakit okean regionunu və Avropanın bir hissəsini əhatə edir.

Dövlət Departamentindən bildiriblər ki, səfirlərin geri çağırılması bütün administrasiyalar üçün standart prosedurdur və bu diplomatlara Vaşinqtonda müxtəlif vəzifələr təklif olunacaq.

Qeyd edək ki, Tramp hakimiyyətə gəldikdən sonra Dövlət Departamentində islahatlara start verib və iqlim dəyişikliyi, insan haqları, demokratiya məsələləri ilə məşğul olan strukturların bir çoxunu ixtisar edib, eyni zamanda yerli diplomatlara bu mövzularda ictimaiyyətə geniş şərh verməyi məhdudlaşdırıb.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
reyting.az

1Mənbələr