AZ

Çinin raket sınağı uğursuz olub

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Çin dövləti öz kosmik sənayesi tarixində ilk dəfə çoxistifadəli "Çançjen-12A", yaxud da, "Long March 12A" modelli raket-daşıyıcısını havaya buraxsa da, elə birinci mərhələdə xoşagəlməz nəticələr üzə çıxıb.

Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, raket start meydançasına uğurlu eniş edə bilməyib.

Lakin uçuş zamanı çoxdəfəlik ikinci pillənin orbitə çıxarılması məqsədinə nail olunub. Bu səbəbdən də birinci pillənin geri qayıdışı sınağı gözlənilməz nəticə verdiyi üçün təəccüb doğurub.

Qeyd olunur ki, buraxılış gələcək texnoloji təkmilləşdirmələr üçün də dəyərli məlumat və praktiki təcrübə qazandırıb. Maye oksigen-metan yanacağı ilə işləyən iki pilləli "Çançjen-12A"-nın ilk mərhələdə birinci pilləsi təkrar istifadəyə hesablanıb.

Yenilənmiş model olan bu raketin Çinin ən böyük elmi-tədqiqat və təhsil mərkəzlərindən biri sayılan Şanxay Kosmik Texnologiyalar Akademiyasının alimləri tərəfindən hazırlandığı bildirilir.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
reyting.az

1Mənbələr