Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir. Dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə yanaşı Azərbaycanın sadə vətəndaşları, elm adamları və din xadimləri də İlham Əliyevə təbrik məktubları göndərirlər.
Azərbaycan liderinə təbrik ünvanlayanlardan biri də Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə qazisi, İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasovdur.
Reyting.az din xadiminin müraciətini təqdim edir:
Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm cənab Prezident!
Siz Uca Allahın lütfü və xeyir-duası ilə müdrikliyinizi yaşınızla deyil, əməllərinizlə təsdiq etmiş bir dövlət başçısısınız. Sizin rəhbərliyiniz altında Azərbaycanın ərazi bütövlüyü və əzəli torpaqları üzərində suverenliyi tam bərpa olunub, Qarabağda və ətraf bölgələrdə şəhər və kəndlər yenidən dirçəlir, məktəblər, məscidlər və məbədlər fəaliyyətə başlayır.
Siz xalqımızın onilliklər boyu davam edən böyük həsrətinə son qoyaraq, bir milyona yaxın insanın yurd nisgilinə son vermisiniz.
Məhz Sizin müdrik və qətiyyətli siyasətiniz sayəsində regionda müharibəyə son qoyulub, günahsız insanların qanı axıdılmır, anaların göz yaşları quruyub.
Allahın sevimli bəndəsi, xalqının qüdrətli sərkərdəsi, haqq və ədalətin carçısı olan cənab Prezident, doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmağı özümə böyük şərəf bilirəm.
Uca Allah hər zaman yardımçınız olsun, Öz mərhəmətini Azərbaycan xalqı və onun müdrik rəhbəri üzərindən əsirgəməsin!
Allah dövlətimizə daim qüdrət, ordumuza rəşadət, Sizə isə möhkəm cansağlığı və uzun ömür nəsib etsin!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.