AZ

Mədəniyyət Nazirliyi səhnə və texniki avadanlıqların icarəsinə 492 min manat xərcləyir

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tədbir və digər proqramlarda istifadə olunacaq səhnə, səs və işıq avadanlıqlarının təmin edilməsi (icarəsi) xidmətlərinin satın alınması ilə bağlı tenderin nəticələrini açıqlayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “RR Travel Company” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 492.425,8 AZN məbləğində müqavilə bağlanıb.

Maraqlıdır ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır və şirkətin qanuni təmsilçisi Günəş Şirvanskaya Yəhya qızıdır. Araşdırmamız zamanı məlum olub ki, “RR Travel Company” əsasən turizm fəaliyyəti ilə məşğul olur, xarici ölkələrə tur paketlərinin təşkili onun əsas fəaliyyət istiqamətidir.

Bu məqam, səhnə, səs və işıq avadanlıqlarının icarəsi kimi ixtisaslaşmış xidmətlərin məhz turizm profilli bir şirkətə həvalə olunması suallar doğurur.

Xatırladaq ki, hazırda Mədəniyyət naziri Adil Kərimlidir.

Seçilən
62
nocomment.az

1Mənbələr