AZ

Dövlət Sərhəd Xidmətində ardıcıl satınalmalar ləğv edildi – SƏBƏB

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən elan edilmiş bir neçə satınalma proseduru eyni səbəblə ləğv edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmalarda iştirak üçün təklif və təklifin təminatını təqdim edən, tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik təchizatçıların sayı üçdən az olub. Ləğvetmə “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən həyata keçirilib.

Ləğv edilən satınalmalar bunlardır:

Tikinti materiallarının satın alınması – ehtimal olunan qiymət 59.537,17 AZN

“Sərhədçi” İstirahət Mərkəzində taxta gəmidə cari təmir işləri – 32.193,13 AZN

Yataq dəstlərinin alınması – 2.682,26 AZN

Dəftərxana ləvazimatlarının satın alınması – 2.302,46 AZN

Bütün satınalmalar 23 dekabr 2025-ci il tarixində, saat 11:22–11:25 aralığında ləğv edilib və hər birində ləğvetmə mətni eyni olub.

Ardıcıl dörd satınalmanın eyni səbəblə nəticəsiz qalması Dövlət Sərhəd Xidmətinin elan etdiyi tenderlərə bazar marağının zəif olması və ya şərtlərin təchizatçılar üçün cəlbedici olmaması ilə bağlı suallar yaradır. Xüsusilə tikinti materialları və cari təmir kimi geniş bazarı olan sahələrdə belə vəziyyət diqqət çəkir.

Qeyd edək ki, ləğv edilən satınalmaların ümumi ehtimal olunan dəyəri 96 mindən çox manat təşkil edir.

Seçilən
58
nocomment.az

1Mənbələr