AZ

Cənubi Koreyanın kosmosa raket göndərmək cəhdi uğursuz alındı

Cənubi Koreyanın kosmosa kommersiya raketi göndərmək üçün ilk cəhdi uğursuz alınıb. Metbuat.az xəbər verir ki, raket buraxılandan sonra texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Məlumata görə, “Hanbit-Nano” raketi Braziliyadakı kosmik mərkəzdən buraxılıb, lakin uçuşdan təxminən 30 saniyə sonra qəza baş verib.

Şirkətin açıqlamasında qeyd olunub ki, raket buraxılışdan qısa müddət sonra texniki nasazlıq səbəbindən əvvəlcədən müəyyən edilmiş təhlükəsiz zonada qəzaya uğrayıb və heç bir itki və ya əlavə ziyan olmayıb.

Seçilən
65
1
metbuat.az

2Mənbələr