AZ

Umerov Ukraynaya qayıtdı


Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov uzun müddət fasilədən sonra Kiyevə qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, Umerov Ukrayna liderini ABŞ-dəki danışıqların nəticəsi olan bir neçə sənəd layihəsi haqqında məlumatlandırıb.
Umerovla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov da hesabatı Zelenskiyə təqdim edib.
“Biz ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə məhsuldar işlədik. İndi bir neçə sənəd layihəsi hazırlanıb. Ukrayna üçün təhlükəsizlik təminatları, yenidənqurma və hərbi münaqişəyə son qoymaq üçün əsas çərçivə ilə bağlı sənədlər var”, - Zelenski yazıb.
Seçilən
63
yeniavaz.com

1Mənbələr