Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (BFTSF) 2025-ci ilin yekunlarına əsasən dünyanın ən yaxşı məşqçilərinin reytinqini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, siyahıya PSJ-nin baş məşqçisi Luis Enrike başçılıq edir. 55 yaşlı ispaniyalı mütəxəssis 222 xal toplamaqla rəqiblərini böyük fərqlə qabaqlayıb. Qeyd edək ki, Luis Enrike karyerasında ikinci dəfə ilin ən yaxşı məşqçisi adına layiq görülüb. O, ilk dəfə 10 il əvvəl “Barselona”nı çalışdırarkən bu nominasiyanın qalibi olmuşdu.
BFTSF-nin versiyasına görə 2025-ci ilin ən yaxşı 11 klub məşqçisinin siyahısını (xal hesabı ilə) nəzərinizə çatdırırıq.
1. Luis Enrike (PSJ) 222
2. Entso Mareska (Çelsi) 60
3. Hans-Diter Flik (Barselona) 57
4. Vensan Kompani (Barselona) 42
5. Mikel Arteta (Arsenal) 24
6. Antonio Konte (Napoli) 21
7. Simone İnzaqi (Əl-Hilal) 17
8. Xabi Alonso (Real) 14
9. Abel Ferreyra (Palmeyras) 10
10. Krunoslav Yurçiç (Piramids) 9
11. Filipe Luis (Flamenqo) 9
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta