AZ

Gizli agent yüzlərlə yəhudinin öldürülməsi planının qarşısını aldı saxlanılanlar var

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Britaniyada iki kişi - 38 yaşlı Vəlid Saadavi və 52 yaşlı Amar Hüseyn - yüzlərlə yəhudini öldürmək planında günahkar biliniblər.

"Ölkə.az" "Reuters"ə istinadla xəbər verir ki, müstəntiqlər hücuma hazırlaşanların avtomatik odlu silahlardan istifadə etməyi planlaşdırdığını bildirirlər.

Prokurorlar Saadavinin silah və sursat qaçaqmalçılığını təşkil etdiyini və 2015-ci ildə Parisdəki Bataklan konsert salonuna edilən hücumdan ilhamlanaraq genişmiqyaslı terror hücumu planlaşdırdığını bildiriblər. Sui-qəsdin qarşşısı gizli agentin fəaliyyəti nəticəsində alınıb.

Britaniya hakimiyyəti qeyd edir ki, bu iş potensial terrorçuları internetdə radikallaşdırmağa davam edən İŞİD və əlaqəli ekstremist qrupların yaratdığı artan təhlükəni əks etdirir. Britaniyanın təhlükəsizlik və əks-kəşfiyyat xidməti MI5 bildirib ki, 2020-ci ildən bəri xidmət və polis 19 ciddi terror hücumu planının qarşısını alıb və yüzlərlə digər təhdidə qarşı fəal şəkildə mübarizə aparır.

Elvin

Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
olke.az

2Mənbələr