ain.az, GlobalInfo saytına istinadən bildirir.
Miqrantların biometrik yoxlanılmasının bütün Rusiya sərhəd keçid məntəqələrində tətbiq olunması təklif edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev miqrasiya məsələlərinə həsr olunmuş iclasda çıxışı zamanı bildirib.
O qeyd edib ki, biometrik nəzarət sistemi ölkənin bütün sərhəd keçid məntəqələrini əhatə etməlidir. İclasdan olan fraqment siyasətçinin VKontakte səhifəsində paylaşılıb.
Medvedevin sözlərinə görə, hazırda Moskva hökuməti daha 11 sərhəd keçid məntəqəsinin biometrik avadanlıqla təchiz olunmasında fəal iştirak edir. O vurğulayıb ki, bu cür layihələr gələcəkdə Rusiyanın bütün sərhəd-keçid məntəqələrində həyata keçirilməlidir.
Siyasətçi qeyd edib ki, biometrik yoxlanma bütün xarici vətəndaşların Rusiyada qeydiyyata alınmasına imkan yaradacaq və miqrasiya vəziyyəti ilə bağlı daha obyektiv mənzərə formalaşdıracaq. Onun sözlərinə görə, əsas məqsəd ölkəyə daxil olan hər bir şəxsin taleyinin və hərəkətlərinin hansı mərhələdə baş verdiyini aydın şəkildə izləməkdir.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.