Niklas Füllkruq tezliklə klubunu dəyişəcək. “Milan” alman futbolçunu “Vest Hem”dən icarəyə götürəcək.
"Football-plus.az" xəbər verir ki, Almaniya yığmasının oyunçusu bu həftə “Milan”da tibbi müayinədən keçəcək. Füllkruq maaşının bir qədər azalmasına da razılıq verib. Onun hətta mövsümün sonunda “Vest Hem”ə qayıtmaq istəmədiyi də iddia olunur. Niklasın tezliklə Milana yollanacağı gözlənilir.
O, bu mövsüm bütün turnirlərdə 9 oyuna çıxıb və qol vura bilməyib. Niklas ümumilikdə 413 dəqiqə meydanda olub. “Transfermarkt”a görə, onun bazar dəyəri 8 milyon avrodu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta