ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2022-ci ildən bu yana Rumıniyaya qeyri-qanuni yolla 30 minə yaxın Ukrayna vətəndaşı keçib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qonşu dövlətə pənah aparanların demək olar ki, hamısı 23-60 yaşlı kişilərdir.
Onların bu yola əl atmalarını səbəb isə Ukraynanın hazırda müharibə şəraitində olması və hər an orduya çağırılma riskidir. Qaçanlar bu risklə üzləşməmək üçün qeyri-qanuni yolla ölkəni tərk etməyi üstün tuturlar. Üstəlik, bu zaman həyatlarını riskə atmaqdan da çəkinmirlər. Belə ki, Rumıniyaya üz tutanların əksəriyyəti sərhədi Karpat dağlarındakı Maramureş əyalətindəki təhlükəli ərazidən keçməli olurlar.
Qeyd edək ki, Rumıniya ərazisinə keçənlərin demək olar ki, hamısına müvəqqəti yaşamaq hüququ verilib.
L.Tağıyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.