525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Finlandiyada işsizliyin səviyyəsi son 100 ildə rekord həddə çatıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ilin noyabrına olan məlumata görə, iş qabiliyyətli əhalinin 10,6 faizi işsizdir.
Ötən ilin eyni vaxtında bu rəqəm 8,9 faiz təşkil edirdi. Ümumiyyətlə, son illər ölkənin iqtisadi vəziyyətində hiss edilən eniş davam etməkdədir. Bunun isə əsas səbəblərindən biri Rusiya ilə sərhədlərin bağlı olması və hökümətin sərt qənaət siyasətidir.
Qeyd edək ki, noyabra olan digər məlumata görə isə ölkədə müflis olan şirkətlərin sayı son 30 ildə rekord vurub.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.