Məkkə şəhərində baş verən yol qəzasında Türkiyə vətəndaşlarından ibarət zəvvarlar olan maşın karvanına avtobus çırpılıb.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 Türkiyə vətəndaşı ölüb, 2 nəfər yaralanıb. Türkiyənin Ciddədəki Baş Konsulluğu hadisə ilə bağlı zəruri diplomatik tədbirlərə başlayıb.