AZ

Tramp bu məşhur qəzeti ABŞ üçün təhdid adlandırdı

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp “The New York Times” qəzetini ölkənin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb.

“Uğursuzluğa düçar olan “The New York Times”ın yalanları, eləcə də yol verdiyi təhriflər ölkəmizin milli təhlükəsizliyi üçün ciddi təhdid yaradır”, – deyə Tramp vurğulayıb.

Ağ Ev rəhbəri paylaşımında sözügedən nəşri “radikal dəlilikdə” ittiham edib.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
globalinfo.az

1Mənbələr