AZ

Tarixi nailiyyətlərimizin və inamlı sabahımızın memarı



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ölkəmizin müasir tarixində dövlətçilik ənənələrinin möhkəmlənməsi, iqtisadi, sosial və mədəni inkişafın sürətlənməsi, beynəlxalq nüfuzumuzun artması kimi xarakterizə olunur. Onun rəhbərliyi ilə Azərbaycan ən yeni tarixi mərhələyə qədəm qoymuş, xalqın gücü və dövlətin iradəsi birləşərək böyük nailiyyətlərə imza atmışdır.
2003-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun yeni tarixi şəraitdə uğurla davam etdirilməsi siyasi varisliyin real məzmunla təmin olunduğunu nümayiş etdirib. Bu mərhələdə əsas məqsəd sabitliyi qorumaqla yanaşı, inkişafı sürətləndirmək, islahatları dərinləşdirmək və dövlətin institusional əsaslarını möhkəmləndirmək idi. Xalqa verilmiş bütün vədlərin mərhələli şəkildə yerinə yetirilməsi, sosial öhdəliklərin icrası və idarəetmədə şəffaflığın artırılması cəmiyyətdə dövlətə olan inamı daha da gücləndirib. Regional və beynəlxalq proseslərə çevik uyğunlaşma, risklərin əvvəlcədən hesablanması və strateji qərarların vaxtında qəbul edilməsi müstəqil Azərbaycanın yeni inkişaf mərhələsini şərtləndirən əsas amillərdən biri olub.
44 günlük Vətən Müharibəsində cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tam və qəti qələbə qazanan Azərbaycan torpaqlarını işğaldan azad etdi və bununla da ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Bu Zəfərin davamı olaraq 2023-cü ilin sentyabr ayında Azərbaycan keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam bərpa olundu. 2025-ci ilin avqustunda isə Vaşinqtonda sülh müqaviləsi imzalandı. Bununla da cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində Cənubi Qafqazda sülh tam təmin olundu.
Prezident İlham Əliyevin siyasətində insan amili hər zaman prioritet təşkil edib. Sosial rifahın yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür. Eyni zamanda elm və təhsil sahəsində aparılan islahatlar gənc nəslin bilikli, vətənpərvər və rəqabətqabiliyyətli formada yetişməsinə zəmin yaradır. Gənclər siyasətinin dinamik inkişafı da məhz bu strateji baxışın tərkib hissəsidir.
Yaşıl enerji və nəqliyyat layihələri Azərbaycanın beynəlxalq arenada strateji mövqeyini daha da gücləndirib. Ölkəmiz etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə töhfə verir, mühüm regional və beynəlxalq layihələrin, tədbirlərin təşəbbüskarı və iştirakçısı kimi tanınır. 2024-cü ilin noyabr ayında ölkəmizdə keçirilən COP29 tədbiri bu sahə də görülən işlərdən biri kimi mühüm yer tutur.
Prezident İlham Əliyevin apardığı siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Bu siyasət yalnız bugünkü nailiyyətlərlə məhdudlaşmır, eyni zamanda gələcək nəsillər üçün güclü, müstəqil və inkişaf etmiş Azərbaycan qurmaq məqsədini daşıyır. Dövlətin iqtisadi qüdrəti, sosial rifahı, mənəvi dəyərləri və beynəlxalq nüfuzu Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik siyasətin real nəticəsidir.

Sənan Hüseynov
ADNSU nəzdində Heydər Əliyev Məktəbinin direktoru, Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini



Seçilən
29
aia.az

1Mənbələr