
İran İraqa qaz nəqlini müvəqqəti dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İraqın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb texniki səbəblər olub:
“İran tərəfi gözlənilməz hallara görə qaz təchizatının tamamilə dayandırılması barədə Energetika Nazirliyinə teleqram göndərib”.
Tehran ölkədəki bir neçə enerji obyektində texniki nasazlıqlar səbəbindən tədarükün dayandırıldığına aydınlıq gətirib.