Bakı. Trend:
İspaniya polisi oğurlanmış, VI əsrə aid qızıl tac, gümüşsikkələr və yüksək tarixi dəyərə malik digər arxeoloji tapıntılarıaşkar edib.
Trend xəbər verirki, bu barədə yerli hüquq-mühafizə orqanlarının yaydığı açıqlamadabildirilib.
Məlumata görə, arxeoloji oğurluqlarda təqsirli bilinən yeddinəfər saxlanılıb. Şübhəli şəxslərin Leon və Valyadolid şəhərlərindəyerləşən bir neçə arxeoloji ərazinin talan edilməsində, həmçininələ keçirilmiş artefaktların qanunsuz satışında iştirak etdiklərimüəyyən olunub.
İlkin hesablamalara əsasən, oğurlanmış arxeoloji tapıntılarınsatışından əldə edilən gəlir bir milyon avronu keçib.
Müsadirə olunmuş artefaktların elmi tədqiqatların aparılmasıüçün muzeyə təhvil veriləcəyi bildirilib.