AZ

Çin fincanlarında ağır metallar aşkarlanıbVİDEO

Çin istehsalı olan şüşə fincanlarda ağır metallar aşkarlanıb. Bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Xezerxeber.az-ın məlumatına görə,

sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib. Dövlət qurumları həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları laborator müayinələrdən keçirtməyi tövsiyə ediblər.

Mövzu ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu məlumat istehlakçılar arasında böyük narahatlıq yaradıb.

Onun sözlərinə görə, Nazirlər Kabenitinin əvvəllər qəbul edilmiş 343 saylı qərarı ölkədə biznes qurumları üçün rahat şərait yaratmaq, bürokratiyanı aradan qaldırmaq məqsədilə ləğv edilib.

Ekspert bildirdi ki, bütün hallarda bu kimi məhsulları alan vətəndaşlar diqqətli olmalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
65
xezerxeber.az

1Mənbələr