AZ

Özbaşına vitamin qəbulu zərərlidir? -Həkim DANIŞDI

Bəzən insanların öz-özlərinə vitaminlər təyin etdiklərini görürürük, bunu isə vitaminlərin zərərsiz olması ilə əlaqələndirirlər.

Bəs həqiqətənmi belədir?

Həkim-terapevt Günay Lətifova Redaktor.az-a açıqlamsında bildirdi ki, vitamin azlığının fəsadları olduğu qədər, çox olmasının da fəsadları var, normada saxlamaq lazımdır:

"Həkim nəzarəti də lazımdır ki, vəziyyəti müşahidə altında saxlayaq. Heç bir həkim heç bir zaman “vitamin çox olsun, nəinki az olsun” deməz, yəni bu, heç bir göstəricidə yoxdur. Ona görə də stabil normada olmalıdır. Çox və ya az olduqda artıq bəlli bir müalicə yazılır. Kimdəsə simptom görəndə onun nə istifadə etdiyini öyrənirlər. Çox təəssüf ki, ən çox bu, vitamin D ilə bağlı baş verir. Vitamin D-nin çoxluğu da ziyandır, azlığı da ziyandır. Ona görə də hər bir vitamin orqanizmimizdə ilk öncə həkim tərəfindən anamnezə uyğun müəyyənləşdirilir, analizə göndərilir. Hətta həkim özü belə anamnez uyğun gəlsə belə, yenə də analizə göndərir. Analizin nəticəsinə uyğun olaraq isə artıq müalicə yazılır. Ehtiyac varsa, qəbul edilir, ehtiyac yoxdursa, başqa üsullarla müalicə davam edir. Odur ki, simptomlar bir-birinə bənzəyə bilər, amma hər kəs fərdidir, orqanizm fərdidir və hər orqanizmə hər həkim fərdi yanaşır. Ona görə də mütləq şəkildə yoxlanmaq, yoxlandıqdan sonra vitamin qəbulu tövsiyə edilir".

Aytəkin TOFİQQIZI

Seçilən
33
1
redaktor.az

2Mənbələr