AZ

"Çelsi" Yunanıstan futbolunun gənc istedadı üçün hərəkətə keçdi

İngiltərənin "Çelsi" klubu gələcək layihələri üçün Avropanın ən perspektivli gənclərini izləməyə davam edir.

Fanat.Az xəbər verir ki, "365scores"un yaydığı məlumata görə "zadəganlar"ın radarına "Genk" klubunun 18 yaşlı futbolçusu Kostas Karetsas düşüb.

Yaradıcı oyun tərzi ilə diqqət çəkən hücumameyilli yarımmüdafiəçi üçün London klubunun rəsmi danışıqlara hazırlaşdığı bildirilir.

Karetsas Belçika çempionatında nümayiş etdirdiyi performansla bir çox Avropa nəhənglərinin skautlarını özünə cəlb etməyi bacarıb.

Kamil Xudiyev

Seçilən
9
1
fanat.az

2Mənbələr