Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Nevroloq, psixoloq və ya loqoped tərəfindən yazılan diaqnostik qeydlər valideynlərdə çox vaxt narahatlıq və qorxu yaradır.
Qeydlərdə yer alan terminlər və qısa ifadələr valideynə uşağın vəziyyəti ilə bağlı yanlış və ağır təsəvvür formalaşdıra bilər
Bununla bağlı defektoloq-loqoped Fatimə Məmmədova BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, əslində diaqnostik qeyd qəti hökm deyil.
"Bu, uşağın həmin dövrdə müşahidə olunan inkişaf səviyyəsinin qısa təsviridir. Diaqnostik qeydlərin əsas məqsədi uşağa etiket yapışdırmaq yox, hansı sahələrdə dəstəyə ehtiyac olduğunu müəyyən etməkdir", - deyə mütəxəssis bildirib.
Bəs uşağın hansı bacarıqları yaşına uyğundur?
Mütəxəssis deyir ki, valideynlərin ən çox etdiyi səhvlərdən biri diaqnostik qeydi dəyişməz və daimi bir vəziyyət kimi qəbul etməkdir:
"Erkən və düzgün müdaxilə ilə bir çox diaqnostik qeydlər zamanla dəyişə, hətta tamamilə aradan qalxa bilər. Bu səbəbdən diaqnostik qeydlərə qorxu ilə deyil, istiqamət verən bir yol xəritəsi kimi yanaşmaq lazımdır. Valideyn mütəxəssislə açıq ünsiyyətdə olmalı, qeyddə yazılan terminlərin mənasını soruşmalı və terapiya prosesində aktiv rol almalıdır".
Ziya SƏCCAD
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.