Cənubi Koreyanın ilk kommersiya raketi olan “Hanbit-Nano” buraxılış zamanı qəzaya uğrayıb. O, beş ədəd peyki orbitə çıxarmalı idi.
“Yonhap” agentliyinin “Innospace Co.”-ya istinadən verdiyi məlumata görə, raket Braziliyanın Alkantara Kosmik Mərkəzindən qalxıb, lakin 30 saniyədən sonra qəzaya uğrayıb. İlkin məlumatlara görə, raket təhlükəsizlik zonasına düşdüyü üçün heç kim xəsarət almayıb.
“Hanbit-Nano” buraxılışı noyabr ayından bəri üç dəfə təxirə salınıb.
//Samir Qurbanov, Editor.az