AZ

Zaxarova Qərbi tənqid etdi: “Sanksiyalar indi rus canavarlarına qarşıdır?”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərb mediasında Finlandiyada maral (şimal maralı) populyasiyasının guya rus canavarlarının hücumları səbəbindən azaldığına dair yayılan xəbərləri şərh edib.

KONKRET.az xəbər verir ki, o verdiyi şərhdə bunları bildirib:

“Bəlkə də bu, Qərbin “donuzlar” üçün aldığı bir növ zooloji intiqamdır”.

Sözçü fikrini belə davam etdirib:

“Görünür, indi sanksiyalar Laplandiyada maralları terrora məruz qoyan rus canavarlarını hədəf alacaq. Məntiq aydındır: Şaxta babadan hədiyyə ala bilməyən hər kəs, söhbət canavarlardan getsə belə, günahın mütləq rusların üzərinə atılmalı olduğunu yaxşı öyrənməlidir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin isə “Vladimir Putinlə İlin Yekunu” proqramında demişdi:

“Hamı Rusiyanın tezliklə çökəcəyinə inanırdı və avropalı “donuzlar” ölkəmizin süqutundan qazanc əldə etmək ümidi ilə dərhal bu işə girişdilər”.

Ağagül Mürsəlov,
KONKRET.az

Seçilən
45
1
konkret.az

2Mənbələr