AZ

Qusarda 26 yaşlı oğlan sevgilisinə xəsarət yetirdi

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qusar rayonunda 26 yaşlı oğlan qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 18 oktyabr 2025-ci ildə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1999-cu il təvəllüdlü Ayxan həmin gün saat 13 radələrində yaşadığı evdə şəxsi münasibətlərin pozulması zəminində qeyri-rəsmi nikahda yaşadığı İlahənin (adlar şərtidir – red.) sifət və bədəninin müxtəlif nahiyələrinə vurub. Hadisəni törədən Ayxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Ayxan ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, oktyabrın 18-də, günorta saatlarında İlahə ilə aralarında mübahisə yaranıb: “Həmin vaxt əsəbləşdim və İlahəni yumruqla vurdum. Sonradan əməlimdən peşman oldum. Onunla barışmışam”.Bu işə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. 

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işinə xitam verilib. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
demokrat.az

1Mənbələr