AZ

Muzey Mərkəzində ustad dərsi keçirildi

Dekabrın 23-də Muzey Mərkəzində media nümayəndələri üçün təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən təşkil olunan ustad dərsi “Konstitusiya və Suverenlik İli” çərçivəsində gerçəkləşib.

Layihənin məqsədi milli mədəni irsin təbliği, ənənə və müasirliyin vəhdətinin nümayişi, ictimaiyyətin diqqətinin bu sahəyə yönəldilməsindən ibarətdir.

Peşəkar rəssam Məhərrəm Əlinin keçdiyi ustad dərsində iştirakçılara milli ornamentlərin, ənənəvi rəng həllərinin və Azərbaycan təsviri sənətinə xas motivlərin tətbiqi barədə məlumat verilib, praktiki nümunələr nümayiş etdirilib.

Seçilən
82
1
publika.az

9Mənbələr