AZ

Süni intellekt beyni tənbəlləşdirir

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Mütəxəssislər məktəb və iş həyatında süni intellektdən həddindən artıq asılılığın beynin fəaliyyətini zəiflədə biləcəyi barədə xəbərdarlıq edirlər.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-də Massaçusets Texnologiya İnstitutu (MIT) tərəfindən nəşr olunan bir araşdırma, məqalə yazmaq üçün ChatGPT-dən istifadə edən insanların beyinlərində daha az koqnitiv emal etdiklərini ortaya qoyub. 

Araşdırmaya əsasən, süni intellekt əsaslı çatbotlardan məqalə yazdırmaq və ya ərizə mətnlərini yoxlatdırmaq beynin aktiv fəaliyyətini azaldır.

ABŞ-nin Karnegi Mellon Universiteti və “Microsoft” şirkətinin birgə araşdırmasına əsasən, insanların süni intellektə həddindən artıq etibar etməsi problem həll etmə bacarıqlarının zəifləməsinə gətirib çıxara bilər.

Professorlar tələbələrin dərs tapşırıqlarını yerinə yetirərkən süni intellektə həddindən artıq güvənməsindən və bunun nəticəsində təhsilin formalaşdırmalı olduğu bacarıqları inkişaf etdirməməsindən narahatdırlar. Böyük Britaniyada Oksford Universitetinin apardığı araşdırmaya görə, hər 10 tələbədən 6-sı süni intellektin məktəb bacarıqlarına mənfi təsir göstərdiyini düşünür.

Böyük Britaniyanın London Universitet Kollecində (UCL) süni intellekt və təhsil mövzusunda tənqidi araşdırmalar aparan professor Ueyn Holms bildirib ki, süni intellekt ağıllı deyil:

“O, hər şeyi statistika və ehtimallar əsasında şərh edir. Onun yaratdığı sözlərə heç vaxt kor-koranə inanmayın. Mütləq hər şeyi yoxlayın”.

Əfsanə

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
1
cebheinfo.az

2Mənbələr