Fransa nəhəngi PSJ baş məşqçisi Luis Enrike ilə bağlı futbol tarixində görünməmiş bir addım atmağa hazırlaşır.
Fanat.Az xəber verir ki, "Diario AS" nəşrinin yaydığı məlumata görə, Paris təmsilçisi ispaniyalı mütəxəssisə "ömürlük müqavilə" təklif etməyi planlaşdırır.
Əgər tərəflər arasında rəsmi razılıq əldə olunarsa Luis Enrike futbol tarixində belə bir müqaviləyə imza atan ilk isim kimi tarixə düşəcək.
Klub rəhbərliyinin bu qərarı Enrikenin komandada yaratdığı sistemə və gələcək layihələrə olan tam etimadın göstəricisi kimi qiymətləndirilir.
Kamil Xudiyev