Süfrələrimizin əvəzolunmazı olan bəzi ləzzətlər əslində ürəyimizə qurulan səssiz tələlər ola bilər.
Ölkə.Az “haber7”yə istinadla xəbər verir ki, tamamilə təbii qidalar yemək asan deyil, lakin mütəxəssislər bəzi qidalarla bağlı xüsusilə xəbərdarlıq edir:
Odur ki,mütəxəssislərin “qara siyahı”sındakı sağlamlıq üçün təhlükəli olan 3 qidanı təqdim edirik:
Basdırma və təkrar emal olunmuş ətlər
Dadı qədər riskli qidalar arasında ənənəvi ləzzətlərimizdən biri olan bastırma (duzlanmış ət) diqqət çəkir. Bu ət çox intensiv duzlama prosesindən keçdiyindən, tərkibində yüksək miqdarda natrium və nitrit var ki, bu da yüksək təzyiqə və ateroskleroza səbəb ola bilər.
Digər tərəfdən, bişirmə prosesi zamanı əmələ gələn bəzi kimyəvi birləşmələr qan damarlarında iltihaba səbəb ola bilər.
Həmçinin emal olunmuş ətlər (kolbasa, sosiska və s.) də yüksək duz, doymuş yağ və xolesterol tərkibinə görə ürək sağlamlığını təhlükə altına alır.
Kartof qızartması
Ləzi dadı ilə süfrələri bəzəyən kartof qızartmasına “ürək və damar düşməni” desək, yanılmarıq. Kartofun özü kaliumla zəngin olsa da, isti yağda bişirildikdə trans yağların əmələ gəlməsini artırır. Bu, yaxşı xolesterolu aşağı salarkən pis xolesterolu artırır. Həmçinin arteriya divarlarında təbəqə əmələ gəlməsinə səbəb olur, aterosklerozu və damar tıxanmasını sürətləndirir.
Kartof qızartmasını duzla vermək yüksək natrium qəbuluna səbəb olur ki, bu da öz növbəsində yüksək təzyiq və ürək xəstəlikləri riskini artırır.
Ağ çörək
Ağ çörək çoxları üçün əvəzolunmaz bir ləzzətdir. Nə qədər ləzzətli olsa da, ürək sağlamlığına təsiri həyəcan verici dərəcədə ciddi ola bilər. Yüksək qlisemik indeksinə görə ağ çörək qan şəkərinin səviyyəsini sürətlə artırır. Lif və qida maddələri az olan bu qida həmçinin insulin müqavimətinə də zəmin hazırlayır.
Billurə