
“Apple” şirkəti “iPhone 18” seriyalı smartfonları yanvarın əvvəlində kütləvi istehsal xəttlərində sınaqdan keçirməyə başlamaq niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fixed Focus Digital” şirkətinin insayderi “Weibo” səhifəsində məlumat verib.
İnsayderin sözlərinə görə, sınaq istehsalından sonra tam kütləvi istehsalın 2026-cı ilin 17 fevralına təsadüf edən Çin Yeni ilindən əvvəl başlanması planlaşdırılır.
Qeyd edilib ki, flaqman “iPhone 18 Pro”nun konveyer xətti artıq tam işlək vəziyyətdədir. İnsayder həmçinin qeyd edib ki, cihazın xarici görünüşündə köklü dəyişikliklər olmayacaq və bu, “Apple” smartfonlarının növbəti nəsli üçün əsaslı yenidənqurma ilə bağlı əvvəllər yayılan şayiələri şübhə altına alır.