AZ

Okan Burukun adı narkotik qalmaqalında

İstanbul prokurorluğunun məşhurlarla bağlı narkotik araşdırmasını genişləndirməsi yeni iddiaların ortaya çıxmasına səbəb olub. Metbuat.az xəbər verir ki, növbəti səs-küylü iddia Shov TV-də efirə gedən "Bu Sabah" verilişinin şərhçisi Sevilay Yılman tərəfindən səsləndirilib. Jurnalist canlı efirdə "Qalatasaray" futbol klubunun baş məşqçisi Okan Burukun da narkotik araşdırması çərçivəsində şübhəli şəxs qismində istintaqa cəlb olunacağını iddia edib. Bu iddia Türkiyənin gündəmində bomba effekti yaradıb. "Qalatasaray" klubu dərhal İstanbul prokurorluğuna jurnalistdən şikayət edib.

Yerli medianın yazdığına görə, Shov TV rəhbərliyi bu gün verilişi efirdən qaldırıb və Sevilay Yılmanı işdən uzaqlaşdırıb.

Seçilən
42
1
metbuat.az

2Mənbələr