AZ

Qrenlandiya hökuməti ABŞ rəsmilərinin bəyanatlarını hörmətsizlik kimi qiymətləndirdi

BAKI, 23 dekabr. TELEQRAF

Qrenlandiya Baş naziri Frederik Nilsen ABŞ nümayəndələrinin adanı ələ keçirmək niyyəti ilə bağlı səsləndirdikləri fikirlərə münasibət bildirərək bu bəyanatları təəssüf doğuran və hörmətsiz yanaşma kimi dəyərləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Qrenlandiyanın “Sermitsiaq” nəşri məlumat yayıb.

“Bu cür açıqlamalar təəssüf doğurur, çünki açıq şəkildə hörmətsizliyi nümayiş etdirir. Daha aydın və dəqiq sərhədlərə ehtiyac var”- Baş nazir bildirib.

F. Nilsen vurğulayıb ki, Qrenlandiyanın ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə hüququ beynəlxalq hüquqa əsaslanır və bu prinsiplər sadəcə olaraq gözardı edilə bilməz.

Qrenlandiya hökumətinin başçısı eyni zamanda beynəlxalq ictimaiyyətin dəstəyini yüksək qiymətləndirib:

”Qrenlandiyaya, ölkənin demokratik institutlarına və beynəlxalq hüququn əsas prinsiplərinə hörmətlərini açıq və birmənalı şəkildə ifadə edən dünya ölkələrinin hökumət rəhbərlərinə və tərəfdaşlarına minnətdardı”.

Seçilən
34
teleqraf.com

1Mənbələr