Bakı.Trend:
Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilbayramı ərəfəsində Xudat şəhərində Heydər Əliyev adına mədəniyyətvə istirahət parkı əsaslı təmirdən sonra istifadəyə verilib.
Parkda sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçünhər cür şərait yaradılıb, park ərazisi tamet daşları ilə döşənib,yeni oturacaqlar qoyulub, idman avadanlıqları yerləşdirilib,uşaqlar üçün müasir və təhlükəsiz oyun-əyləncə qurğularıquraşdırılıb. Ərazidə genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb,müasir tələblərə cavab verən gecə işıqlandırma sistemiquraşdırılıb, mövcud fəvvarə yenilənib.
Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısıElnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatınınsədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarınınrəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələriiştirak ediblər.
Rayon rəsmiləri əvvəlcə parkda Ümummilli Lider Heydər Əliyevinbüstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yadediblər.
Təntənəli açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcraHakimiyyətinin başçısı Elnur Rzayev sakinləri 31 Dekabr – DünyaAzərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilətəbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, Ümummilli LiderHeydər Əliyev tərəfindən təməli qoyulan Dünya AzərbaycanlılarınınHəmrəyliyi Günü bütün ölkələrdə yaşayan soydaşlarımızı birliyə vəhəmrəyliyə çağıran tarixi bir gündür.
Elnur Rzayev Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin rəhbərliyi ilə Xaçmaz rayonunda “Konstitusiya vəSuverenlik İli” çərçivəsində reallaşan tədbirlərdən və həyatakeçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərindən danışıb.Görülən işlərin davamı olaraq Xudat şəhərində Heydər Əliyev adınamədəniyyət və istirahət parkının əsaslı şəkildə yeniləndiyinidiqqətə çatdırıb. Qeyd edib ki, Xaçmaz rayonunda bu cür layihələrmərhələli şəkildə davam etdiriləcək.
Sakinlər son illər Xudat şəhərində həyata keçiriləngenişmiqyaslı abadlıq və quruculuq işlərinə görə AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidentMehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Rəsmi hissədən sonra yenilənən parkda 31 Dekabr – DünyaAzərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətiləgeniş konsert proqramı təşkil olunub. Rayonun incəsənət adamları,bədii özfəaliyyət dərnəkləri və uşaq musiqi məktəblərininkollektivləri musiqili proqramla çıxış ediblər. Səsləndirilənmahnılar və şeirlər, müxtəlif rəqs qruplarının çıxışlarıiştirakçılarda xoş ovqat yaradıb.
Sonda rayonun ictimai-mədəni həyatında fəal iştiraklarına vərespublikada keçirilən müxtəlif rəqs müsabiqələrində əldə etdikləriuğurlara görə “Azəri”, “Xudat” və “Xaçmaz inciləri” rəqs qruplarıXaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən“Təşəkkürnamə” ilə təltif olunublar.