AZ

“Bavariya” futbolçusuna qiymət qoydu

“Bavariya” qış transfer pəncərəsində Saşa Boyenin satışını istisna etmir.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu fransalı müdafiəçi üçün minimum 20 milyon avro tələb edir.

Boye yalnız iddialı kluba keçmək istəyir. Onunla “Kristal Pelas” maraqlansa da, rəsmi danışıqlar yoxdur.

Keçmiş klubu “Qalatasaray” da durumu izləyir.

“Bavariya” futbolçunu satınalma şərti ilə icarəyə vermə variantını da dəyərləndirir.

Seçilən
42
idmanxeber.az

1Mənbələr