AZ

Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana göndərildi » AzadMedia.az


Volqoqrad vilayətində yerləşən Qmelinskaya dəmir yolu stansiyasından ilk dəfə olaraq taxılla yüklənmiş vaqonlar Azərbaycan ərazisi vasitəsilə tranzit keçməklə Ermənistana yola salınıb. Bu marşrut üzrə daşımalar Rusiya–Azərbaycan–Ermənistan istiqamətində yük tranzitinin bərpası fonunda reallaşıb.
Məlumata görə, Volqoqrad vilayətindən yola düşən taxılla dolu səkkiz vaqon Qmelinskaya stansiyasından çıxaraq Azərbaycan ərazisindən keçməklə İrəvan stansiyasına çatdırılacaq. Bu daşınma Azərbaycan ərazisindən istifadə edilməklə Ermənistana yönəldilən ilk taxıl partiyası kimi qiymətləndirilir.
Bildirilir ki, cari ilin sonunadək bu marşrut üzrə daşımaların davam etdirilməsi nəzərdə tutulur. Planlara əsasən, Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana ümumilikdə 30 vaqonda 2 min tondan artıq taxılın çatdırılması planlaşdırılır.
Mətbuat xidmətinin açıqlamasında vurğulanıb ki, sözügedən marşrutun təşkili yalnız Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin bərpası nəticəsində mümkün olub. Bu isə regionda nəqliyyat-logistika əlaqələrinin genişlənməsi baxımından mühüm addım kimi dəyərləndirilir.
Seçilən
23
1
azadmedia.az

2Mənbələr