AZ

İsveç qohumlar arasında nikahları qadağan EDƏCƏK

Ajans.az xəbər verir ki,bu barədə Ədliyyə Nazirliyi hökumətin rəsmi veb saytında açıqlama yayıb. Nazirlik həmçinin xaricdə bağlanmış bu cür nikahların İsveçdə tanınmamasını təklif edir. Təklif olunan dəyişikliklər nikah zamanı namus əsasında təqib və digər zorakı təzyiq formalarının qarşısını almaq məqsədi daşıyır. Ədliyyə naziri Qunnar Strömmer açıqlamasında bildirib: “Zorakılıq və namus əsasında təqib cəmiyyətimizdə qəbuledilməzdir. Sıfır tolerantlıq prinsipi sadəcə danışmaqla kifayətlənməməlidir, bu, qanunvericilikdə də əksini tapmalıdır”.

Hökumətin qanun layihəsinə əsasən, əmiuşaqları ilə yanaşı, ögey bacı-qardaşlar və övladlığa götürülmüş bacı-qardaşlar da bir-biri ilə evlənə bilməyəcəklər. Qanunvericilikdəki dəyişikliklərin 1 iyul 2026-cı ildə qüvvəyə minməsi planlaşdırılır.

Seçilən
27
Ajans.az

1Mənbələr