AZ

Messinin bacısı qəzaya düşdü: Toyu təxirə salındı

“İnter Mayami”nin hücumçusu Lionel Messinin bacısı Mariya Sol Messi yol-nəqliyyat hadisəsi nəticəsində ciddi xəsarətlər alıb.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Anxel de Brito məlumat yayıb.

Mənbənin sözlərinə görə, hadisə Mayamidə baş verib. Qadının halı qəfil pisləşib, nəticədə o, avtomobilə nəzarəti itirərək divara çırpılıb. Mariya Sol Messinin yanıq xəsarətləri, iki fəqərənin, daban sümüyünün sınığı və bilək travması aşkarlanıb.

Bildirilir ki, qadının həyatı üçün təhlükə yoxdur, lakin onu uzunmüddətli reabilitasiya prosesi gözləyir. Bu səbəbdən futbolçunun bacısı yanvarın 3-də Rosarioda “İnter Mayami”nin məşqçisi Xulian Arellano ilə planlaşdırılan toy mərasimini təxirə salmalı olub.

Seçilən
63
publika.az

1Mənbələr