AZ

Zəfər Qurbanov onlarla görüş keçirdi - FOTO

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları ilə görüş keçirib.

"Unikal"
xəbər verir ki, görüş zamanı rektor Zəfər Qurbanov ADAU-nun rəsmi adau.edu.az internet saytının NETTY – Azərbaycan Milli İnternet Mükafatının qalibi olması münasibətilə şöbə əməkdaşlarını təbrik edib və bu nailiyyətin universitetin informasiya siyasətinin düzgün istiqamətdə formalaşdırıldığının göstəricisi olduğunu bildirib.

Səmimi görüşdə şöbənin gələcək fəaliyyət istiqamətləri, universitetin media strategiyasının daha da təkmilləşdirilməsi, ADAU TV çərçivəsində həyata keçiriləcək layihələr, eləcə də informasiya resurslarının inkişafı ilə bağlı məsələlər ətraflı müzakirə olunub.

Rektor Zəfər Qurbanov universitetin fəaliyyətinin cəmiyyətə operativ, obyektiv və şəffaf şəkildə çatdırılmasının vacibliyini vurğulayıb, bu istiqamətdə görüləcək işlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verib.

Seçilən
56
50
unikal.az

10Mənbələr