AZ

2026 cı il Şəhərsalma və Memarlıq ili: Azərbaycanda genişmiqyaslı yenilənmə dövrü başlayır

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"2026-cı ilin Şəhərsalma və Memarlıq ili elan edilməsi qarşıda böyük və çoxşaxəli vəzifələrin dayandığını göstərir. Bu il ərzində şəhərsalma sahəsində genişmiqyaslı işlərin həyata keçiriləcəyi şübhə doğurmur və nəzərdə tutulan fəaliyyətlərin bir neçə əsas istiqaməti əhatə edəcəyi gözlənilir".Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.O, bildirib ki, birinci istiqamət Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni, müasir urbanizasiya və şəhərsalma standartlarına uyğun yaşayış məskənlərinin salınmasıdır:"Məqsəd insanların müasir, rahat və planlı yaşayış məntəqələrində məskunlaşmasını təmin etməkdir. İkinci istiqamət şəhər və yaşayış məntəqələrinin rəqəmsallaşdırılması, şəhər təsərrüfatının müasir texnoloji həllər əsasında yenidən qurulmasıdır. Bu yanaşma şəhərlərin idarə olunmasını daha səmərəli və funksional edəcək".Ekspert bildirib ki, üçüncü istiqamət isə Azərbaycanın, xüsusilə də meqapolislərinin, başda Bakı şəhəri olmaqla şəhər görüntüsünün bərpası və inkişaf etdirilməsidir:"Məqsəd şəhərlərin estetik baxımdan yenilənməsi və ən yüksək zövq tələblərinə cavab verən səviyyəyə çatdırılmasıdır. Etiraf etmək lazımdır ki, son illərdə xüsusilə iri şəhərlərdə müəyyən çətinliklər və qeyri-qanuni hallar şəhərsalma sahəsində problemlər yaradıb. Lakin işğaldan azad edilmiş ərazilərdə ağıllı kəndlərin və ağıllı şəhərlərin salınması, yeni yaşayış məntəqələrinin müasir şəhərsalma mədəniyyətinə uyğun şəkildə qurulması bu sahədə mühüm üstünlük yaradır".Onun sözlərinə görə, artıq formalaşmaqda olan şəhər tipli məntəqələr, ağıllı kəndlər və qəsəbələr digər ərazilərdə də tikinti və memarlıq keyfiyyəti üçün nümunə rolunu oynayacaq:"Bu baxımdan, 2026-cı ildə görüləcək işlərdə dövlətin rolu aparıcı olmalıdır. Burada həm maliyyə təminatı, həm də təşkilati mexanizmlər mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, ictimai nəzarətin ayrıca bir institut kimi fəaliyyət göstərməsinə ciddi ehtiyac var. Çünki şəhərsalmanın həm bazis tələblərə uyğun, həm də insanların zövq və gözləntilərini nəzərə almaqla həyata keçirilməsində ictimai rəy mühüm rol oynayacaq".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
demokrat.az

1Mənbələr