AZ

Türkiyənin süni intellektlə hazırlanmış ilk cizgi filmi serialı "Oyun Avcıları" TRT Avaz-da yayımına başlanılıb (VİDEO)

Bakı. Trend:

Türkiyədə tamamilə süni intellekt vasitəsilə yaradılan ilkanimasiya serialı hesab olan "Oyun Avcıları"nın "TRT Avaz"telekanalında yayımına başlanıb.

Trend bu barədəDHA-ya istinadən xəbər verir.

Ekranda nümayiş etdirilən 3 900 saniyəlik yekun məzmunun ərsəyəgəlməsi üçün sınaqlar və müxtəlif variasiyalar da daxil olmaqla,ümumilikdə 60 000 saniyəlik süni intellekt dəstəkli video istehsalıhəyata keçirilib.

Cizgi serialının əsas qəhrəmanları Göbəklitəpədən Orxon-YeniseyAbidələrinə, İssık gölündən Türküstana qədər uzanan bu macərada,hər biri fərqli bir dəyəri təmsil edən beş uşaq və onlara yolgöstərən müdrik Börüdür.

Personajlar və xüsusiyyətləri:

Yiğit Alp – Komandanın lideri. Hadisələrə uzaqgörənlikləyanaşan, çətin anlarda “son sözü demək deyil, doğru səsi seçmək”prinsipi ilə hərəkət edən birləşdirici güc.

Tomris – Cəsarət və intuisiya rəmzi. Gözləri bağlı olsa belə,ürəyi ilə görməyi bacaran, mübariz ruhlu bir obraz.

Sancar – Komandanın zəkası. Dünyanı məlumatlar, sensorlar vəelmin dili ilə oxuyan, analitik düşüncəsi ilə problemləri həll edənbir tədqiqatçı.

Umay – Mərhəmət və tarazlığın rəmzi. Təbiətə, daşa və torpağa“can” gözü ilə baxan, komandanın ən həssas və qayğıkeş ürəyi.

İşbara – Şənliyin və səmimiyyətin adı. Bitib-tükənməyənenerjisi, zarafatları və saf davranışı ilə ən gərgin anlarda beləüzlərə təbəssüm gətirən personaj.

Qeyd edək ki, “Oyun Avcıları” həftə içi hər gün yerli vaxtla07:50 TRT AVAZ-da yayımlanır.

Məqalədə:
Seçilən
49
az.trend.az

1Mənbələr